Kriminal

Qətl törədən 20 yaşlı karateçi qız müstəntiqi sualla ''susdurdu'' - YENİLƏNİB - VİDEO

13 Oktyabr 2015 13:43
140 Şərh     Baxış: 27 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:43

''Sənin var-yoxunu söysə, nə edərdin? Dayanıb baxardın?''

Bakıda iki gün əvvəl cavan qız ağır cinayət törədib. Binəqədi rayonu, Novxanı qəsəbəsində 20 yaşlı Səringül Ramazanova özündən 11 yaş böyük olan Anar Məmmədovu qətlə yetirib. O, bıçağı Anarın boğazına sancıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan ötən gecə dünyasını dəyişib. 

Criminal.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən tutulan S.Ramazanova oğlanı qətlə yetirməsinin səbəbini açıqlayıb. Bildirib ki, Anar Məmmədov ona ''var-yox'' söyüşü edib. Ona görə də bıçaqla vurub. 

Karate ilə məşğul olan S.Ramazanova müstəntiqin sualını da elə sualla cavablandırıb. Polisin ondan ''söyüş üstündə də adam öldürərlər?'' sualına Ramazanova: ''Sənin var-yoxunu söysələr, nə edərsən? Dayanıb baxarsan?'' - cavabını verib. 

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır. 

---------

12:59

Bakıda 20 yaşlı qadın 31 yaşlı şəhər sakinini bıçaqlayaraq öldürüb. 

Hadisə  Novxanı qəsəbəsi ərazisindəki kafelərdən birində qeydə alınıb. Xaçmaz rayon sakini Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 31 yaşlı Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq şah damarı kəsilən Anar Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. 

Cinayəti törədən Səringül Ramazanova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Törətdiyi cinayət əməlini etiraf edən Ramazanova mərhumun ona qarşı nalayiq sözlər işlətdiyini bildirib. Səringül Ramazanova əməlinə görə peşman olmadığını bildirib. 

Səringül Ramazanova - saxlanılan şəxs: "Məni təhqir etdi, dedim ki, Anar, o söyüşünü sənə yedizdirəcəyəm. Sonra məni sillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmanlıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim. Ailəmdən biri də mənim var-yoxumu söysəydi, onu da yaşatmazdım".

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.