Kriminal

Paytaxtda yaşlı kişiyə işgəncə verdilər

9 Oktyabr 2015 09:25
3 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda naməlum şəxslər 53 yaşlı kişiyə bizlə 20-dək xəsarət yetiriblər.

APA-nın məlumatına görə, naməlum şəxs Qaradağ sakininə kəsici-deşici alətlə 20-yə yaxın xəsarət yetirib.  53 yaşlı Rəfail Rəhmanova yaşadığı evin qarşısında kəsici-deşici alətlə çoxsaylı zərbələr endirənlər hadisə yerindən qaçıblar.  Yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər Rəfail Rəhmanovda 20-dək kəsilmiş-deşilmiş yara aşkarlayıblar.

Həkim onu da əlavə edib ki,  xəsarətlər bizlə  yetirilib. Rəfail Rəhmanov polisə bildirib ki, axşam evində yemək yeyən zaman tanımadığı şəxs onu evindən çağırıb. O, çölə çıxanda naməlum şəxs bizlə ona xəsarətlər yetirib. Polis cinayət alətinə görə, hadisəni törədən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığını ehtimal edir.
 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.