Kriminal

Bank müdirinin öldürülməyinin görüntüləri vəkilə təqdim edilmir

6 Oktyabr 2015 19:08
1 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də "Avropa" otelinin idman zalında öldürülən "Zaminbank"ın Nəsimi filialının müdiriAzər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Fuad Şabayev ifadə verib.

Müdafiə tərəfinin hadisəni əks etdirın kamera görüntülərinin onlara təqdim edilməsi barədə verdiyi vəsatət təmin edilməyib.

Vəkil Cavid Rzazadənin ötən prosesdə verdiyi 5 vəsatətdən biri, otel rəhbərliyinə kameraların yerləşmə mexanizmi barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsi təmin edilib. Digər vəsatətlər təmin edilməyib.

Cavid Rzazadənin məhkəmə tərkibinə etiraz vəsatəti baxılmamış saxlanılıb.

Sənan Quliyevin vəkili Vasif İsrafilov Ağır Cinayətlər Məhkəməsinin tərkibinə etiraz vəsatəti hazırlamaq üçün vaxt istəyib.

Möhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.