Kriminal

Azərbaycanda silah, narkotik vasitə və saxta dollar satanlar tutuldular

6 Oktyabr 2015 19:03
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə odlu silah-sursatın alqı-satqısı, külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Belə ki, Zəngilan rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Astara rayon sakini Zaur Əliyevin "AKSU" markalı avtomatı, patron darağını və 114 ədəd müxtəlif çaplı patronları sentyabrın 22-də adı istintaqa məlum olan şəxsə 1500 manata satması müəyyən edilib. Tədbirin davamı olaraq oktyabrın 2-də Z.Əliyev 1 ədəd qumbaranı həmin şəxsə 300 manata satmaq istəyən zaman yaxalanıb.

Zəngilan RPŞ və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri daha bir əməliyyat tədbiri ilə Astara rayon sakinləri Elşən Ağalı, Röyal Əliyev, eləcə də Bakı şəhər sakinləri Tural SəfərovHüseynağa Əsgərov da tutulublar.

E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22 300 saxta ABŞ dolları aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı E.Ağalı narkotik vasitələri bir müddət əvvəl satış məqsədilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə H.Əsgərov tərəfindən verildiyini bildirib.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.