Kriminal

24 yaşlı gənc döyüldü

4 Oktyabr 2015 09:15
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncədə döyülmə faktı qeydə alınıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata əsasən, şəhər sakini, Fikrət Əmirov küçəsi bina 2, mənzil 7-də yaşayan 24 yaşlı Həsən Həsənov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Yaralının verdiyi ilkin məlumata əsasən, o, yaxınları tərəfindən döyülüb. Bundan  əlavə, onun  qol nahiyəsinə bıçaqla müxtəlif xəsarətlər yetirilib. Yaralıya ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti kafidir. Artıq faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.