Kriminal

Bakıda 20 yaşlı oğlanı ölümcül hala saldılar

3 Sentyabr 2015 13:16
3 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 20 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 17 ünvanının qarşısından 1995-ci il təvəllüdlü Nəsirov Aslan Rauf oğlu əvvəlcə 3 saylı təcili tibbi yardım stansiyasına, oradan da Kliniki Tibbi Mərkəzə gətirilib. Reanimsiyaya yerləşdirilən A.Nəsirovun vəziyyəti ağır olduğundan onu dindirmək, hadisənin hansı şəraitdə, kim tərəfindən törədilməsi mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gənc oğlanın baş nahiyəsində xəsarətlərin olduğu, onun kəllə-beyin travması aldığı üzə çıxıb.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.