Kriminal

"Göz yaranıb baxmaq üçün": Bakıda naxçıvanlı qardaşların cinayəti - YENİLƏNİB

3 Sentyabr 2015 15:46
21 Şərh     Baxış: 3 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:46

Bakıda naxçıvanlı qardaşlar onlara baxan gənci ölümcül bıçaqladı. 

Cinayət hadisəsi Xətai rayonu ərazisində törədilib. Məhəmməd Səfərovu öz məhəllə uşaqları olan Naxçıvan şəhər sakinləri Toğrul və Fəxrəddin Talıbov qardaşları bıçaqlayıb. 

Hər iki qardaş artıq polis tərəfindən tutulub. Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində dindirilən qardaşlar bıçağa əl atmalarının səbəbini açıqlayıblar.

Milli.Az-ın əldə etdiyi məlumata görə, zərərçəkmiş M.Səfərovun məhəllədə dayanaraq qardaşlara baxması onlarda qıcıq yaradıb. Qardaşların "nəyə baxırsan, nəsə lazımdır?" sualına Məhəmmədin "göz yaranıb baxmaq üçün" cavabı mübahisə yaradıb. Qardaşlar Məhəmmədin hazırcavablığını bıçaqla "qiymətləndiriblər". Onlar Məhəmmədi bıçaqla yaralayaraq qaçıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126-cı) madəsi ilə cinayət işi başlanıb. 

-----------

11:52

Bakıda bıçaqlanma hadisəsinə görə Naxçıvan şəhərinin 2 sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, avqustun 31-də gecə saatlarında Xətai rayounu, Məhəmməd Hadi küçəsində Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirilib.

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri - 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov tutulublar.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.