Kriminal

Bakıda qumarxana aşkarlandı, həbs edilənlər var - VİDEO

3 Sentyabr 2015 10:25
1 Şərh     Baxış: 2 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saxlanılanlar obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.

ANS TV-yə daxil olan məlumatda Xətai rayonu, Zığ yolu, 15 ünvanında fəaliyyət göstərən kafedə qumar oyunlarının təşkil edilməsi bildirilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində iaşə obyektini icarə əsasında işlədən Süleyman Vəliyev həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. 

Dindirilmə zamanı adıçəkilən şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

"10 gün bundan öncə Zığ yolu 15 ünvanında dostum Zəmanətlə iaşə obyektini kirayə götürdüm. Obyekti təmir edib işləməyə başladıq. Məhəllə uşaqları kafeyə gələrək arxa otaqda qumar oynayıblar", - deyə saxlanılan şəxs Süleyman Vəliyev bildirib.

Saxlanılan şəxs Zəmanət Hüseynli deyir ki, Zığ yolu üzərində dostu Süleymanla birlikdə iaşə obyektini kirayə götürüb, 3-4 gün ərzində obyekti təmir ediblər və işləməyə başlayıblar.

Baxış zamanı obyektdən "poker" oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

Məlum olan faktla bağlı başlanılan araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.