Kriminal

Bakıda 30 yaşlı kişi bıçaqlanıb

2 Sentyabr 2015 23:55
1 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qanlı hadisə Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində qeydə alınıb.
 
Qəsəbənin Seymur Orucov küçəsində avtomobillərin yuyulması məntəqəsinin icarədarı, 30 yaşlı Hətəmov Tahir Mahir oğlu bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zərbə Tahir Hətəmovun kürək nahiyəsindən vurulub. Zərbə o qədər güclü olub ki, bıçaq onun qarnının sağ tərəfindən çıxıb.
 
İlkin araşdırma nəticəsində məlum olub ki, Tahir Hətəmov işlətdiyi avtoyuma məntəqəsinin qarşısında yaxınlıqdakı çayxanada işləyən 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. Yeniyetmə 30 yaşlı kişini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
 
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.