Kriminal

Xədicə İsmayılovaya hökm oxundu: 7 il 6 ay

1 Sentyabr 2015 16:43
Baxış: 2 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məhkəmədəki müxbiri məlumat verir ki, iclasda X.İsmayılovaya hökm oxunub.

Hakim R.Allahverdiyeva X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyini bildirib. O, X.İsmayılovanın cinayətlərini toplamaq yolu ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyini elan edib.

X.İsmayılova, həmçinin azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib. Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamlar tam sübuta yetirilmədiyi üçün həmin maddə üzrə ona bəraət verilib.

Qeyd edək ki, X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.