Kriminal

Bakıda aeroportda axtarışda olan şəxs tutuldu

29 Avqust 2015 17:19
3 Şərh     Baxış: 2 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhədçilər axtarışda olan şəxsi saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumatda görə, avqustun 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli "Sankt-Peterburq-Bakı" aviareysi ilə ölkə ərazisinə 15.01.1933-cü il təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən 13.12.1986-cı il təvəllüdlü Masallı rayon sakini Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Bahadır Kərimov, eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən də axtarışdadır.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.