Kriminal

Qaranlıq məqamlar aydınlanır: keçmiş polisin qatili məşhur iş adamının kürəkənidir

29 Avqust 2015 14:59
30 Şərh     Baxış: 16 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş polisin qətli ilə bağlı qaranlıq məqamlar aydınlanır.

Milli.Az sabiq polis işçisi olan Nadir İbrahimovu qətlində şübhəli bilinən kriminal aləmdə nüfuz sahib olan Rövşən Həsənovla bağlı tutarlı məlumatlar əldə edib.

Məlumata görə, Rövşən SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkənidir.

Hadisənin səbəbkarı kimi Həbibə adlı xanım göstərilir.

Adıçəkilən xanım əvvəl Nadir İbrahimovun şirkətində işləyib.

Dünən isə Həbibə istintaqa cəlb olunaraq dindirilib.

Əlavə edək ki, mərhum İbrahimov subay olub. Onun ilk evliliyi uğursuz olub və

həyat yoldaşından ayrılıb. Ondan fərqli olaraq təqsirləndirilən Rövşən Həsənov ailəlidir.

Hadisənin əsl təffərüatları istintaq sirri olduğu üçün hələ açıqlamırıq.

Qeyd edək ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində "Makarov" tapançasından açdığı 8 güllə ilə qətlə yetirib.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.