Kriminal

Qardaşını balta ilə öldürdü

5 Avqust 2015 16:09
6 Şərh     Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda qətl törədilib.

Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, hadisə bu gün rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini Xudayar Məmmədov ailədaxili münaqişə zəminində qardaşı Məhərrəm Məmmədovun başına balta ilə zərbə endirib.
 
Xəstəxanaya çatdırılan M. Məmmədovu xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib.
 
Beyləqan Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, M. Məmmədov başından küt alətdən aldığı xəsarətlə xəstəxanaya daxil olub və daxil olandan bir müddət sonra dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən X. Məmmədov artıq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.