Kriminal

Azərbaycanda kişi arvadını, sonra isə özünü güllələdi

29 İyul 2015 13:26
3 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda ər arvadını güllələyib. "Report"un xəbərinə görə, hadisə rayonun Ulacalı kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı - 1983-cü il təvəllüdlü Sədaqət Alışovanı güllələyib. Daha sonra A.Alışov həmin tüfənglə özünə də xəsarət yetirib.
Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.