Kriminal

Dərbənddə vəzifəli azərbaycanlı tutuldu - FOTO

6 İyul 2015 15:48
0 Şərh     Baxış: 1 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərbəndin Yaşayış Kommunal Xidməti İdarəsinin rəis müavini narkotik vasitələrin saxlanılmasına və alqı-satqısına görə tutulub.

Anspress-in məlumatına görə, hadisə iyunun 30-da baş verib. Dağıstanın Dərbənd şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əslən azərbaycanlı Elxan Kazımov saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Dərbəndin Yaşayış Kommunal Xidmət İdarəsinin rəis müavini işləyən E.Kazımovun üzərinə baxış zamanı ondan narkotik maddə - heroin aşkarlanıb. 

Onun tutulması faktını Dağıstanın Daxili İşlər Nazirliyi də təsdiqləyib və bildiriblər ki, onun üzərindən 1 qram narkotik mənşəli maddə tapılıb. Hazırda fakt üzrə cinayət işi açılıb, istintaq aparılır. 

Xatırladaq ki, Elxan Kazimov Dərbəndin Təhsil İdarəsinin qəisi Nadir Kazımovun doğma qardaşıdır. Onun kabinetində də dəfələrlə axtarışlar aparılıb. E.Kazimov indiki şəhər administrasiyası işindən əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib. O, Dərbənddə cinayət axtarışı şöbəsinin müdiri olub və sonra yerli narkotikaya nəzarət bölməsinə keçib.

Dağıstan Respublikasında şəhər olan Dərbənd Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub-şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.