Kriminal

Rəşad Kəsəmənli həbsdə olan qardaşından danışdı

4 İyul 2015 15:14
14 Şərh     Baxış: 13 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə Azərbaycanın bir sıra tanınmış ziyalıları və mədəniyyət xadimləri mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məsələsi ilə bağlı ölkə başçısına müraciət ünvanlanmışdı.

Xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayev, xalq şairləri Zəlimxan Yaqub və Fikrət Qoca, millət vəkili Nizami Cəfərov, xalq artisti Həmidə Ömərova, eləcə də əməkdar artistlər Ədalət Şükürov və Aybəniz Haşımova Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Kəsəmənli barəsindəki cinayət işinin yekunu olaraq verdiyi hökmə etiraz edərək prezident İlham Əliyevdən məsələnin obyektiv araşdırılmasına göstəriş verməsini xahiş ediblər.
Bu olayla bağlı Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli açıqlama verib.
Milli.Az-ın məlumatına görə, o, aznews.az-a bildirib ki, həmin müraciətə cavab məktubu verilməyib:

"Vəziyyət əvvəlki kimi olaraq qalır. Hələ Arazın çəkilməmiş 6 ili var. Bu da bizi üzür.

Görüşünə gedirik, səhhəti qaydasındadır. Amma içində bir ümid var ki, hər an onu əfv edə bilərlər. Biz əlimizdən gələni etdik. Allahdan ümid kəsmirik".
A.Kəsəmənli narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Məhkəmə onu 8,4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qeyd edək ki, o, 1998-ci ildə də həbs edilib. Həmin vaxt xalq şairinin oğlu qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.