Kriminal

Bakıdan qonaq gələn qadını bıçaqladılar

30 May 2015 18:34
3 Şərh     Baxış: 3 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdan Tovuza qonaq gedən qadın bıçaqlanıb. 

APA-nın verdiyi məlumata görə, hadisə mayın 29-da Tovuz rayonunun Heydər Əliyev parkında baş verib. 

Bakıdan Tovuzun Ağdam kəndinə qonaq gedən, 1977-ci il təvəllüdlü Sevinc Babayeva rayonun mərkəzində yerləşən Heydər Əliyev parkına gəzintiyə çıxıb. Orada tanımadığı şəxs tərəfindən bıçaqlanan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat edilən 38 yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı Tovuz Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.