Kriminal

Bakıda 5 yaşlı qızı zorlayıb öldürən danışdı - YENİLƏNİB - FOTO

30 May 2015 20:07
91 Şərh     Baxış: 22 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:39

Bakıda öldürülən 5 yaşlı Aişə Qələndərovanın qətlində ittiham edilən 32 yaşlı Yakov Çernov törətdiyi əməlini etiraf edib. Xəzər Rayon Prokurorluğunun müstəntiqi Pərviz Muradovun anspress-ə verdiyi məlumata görə, Yakov Çernov dindirilmə zamanı cinayəti törədərkən içkili olduğunu bildirib.

"Guya deyir ki, cinayəti törədərkən içkili olub. Lakin yalan deyir. Keçirilən tibbi ekspertiza müəyyən edib ki, Yakov Çernov hadisəni törədərkən sərxoş olmayıb. Ayıq başla və soyuqqanlılıqla uşağı öldürüb".

Müstəntiq deyir ki, Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib: Hazırda uşağın meyidi tibbi ekspertizadan keçirilir. Onun həqiqətən də zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq. Hələlik bu barədə nəsə demək tezdir".

Pərviz Muradov onu da bildirib ki, qonşular Yakov Çernovu sakit və dinc insan kimi tanıyırmışlar.

Qeyd edək ki, dünən mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyidi tapılıb.
Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.

Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.

Ehtimal olunur ki, qətlə yetirilən uşaq zorlanıb.

Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.