Kriminal

Bakıda 5 yaşlı qızın tükürpədən DƏHŞƏTİ

29 May 2015 13:00
81 Şərh     Baxış: 10 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyidi qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bakıda 5 yaşlı uşağın dəhşətli qətli ilə bağlı Milli.Az-a maraqlı məlumat daxil olub. Oxucular bildiriblər ki,  iki gün əvvəl azyaşlı qızın anasının üzərinə isti çay dağılaraq yanıb. Onun xəstəxanada olmasından istifadə edən qonşusu Yakov Çernov qızı öz evinə apararaq zorlayıb, sonra isə öldürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.