Kriminal

Bakıda həyat yoldaşına işgəncə verən kişi həbs olundu

5 May 2015 15:44
1 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əri qaşığı qaz sobasında qızdıraraq qadının üzünə dağ basıb

Bakıda həyat yoldaşına işgəncə verən kişi saxlanılıb. Hüquq-mühafizə orqanlarından report-a verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Məlum olub ki, Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Elbrus Əlsəfa oğlu Həsənov həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günəş Zakir qızı Həsənovanı mütəmadi olaraq döyərək ona fiziki və psixoloji işgəncələr verib. Ərinin işgəncələrinə dözməyən G.Həsənova bu barədə Nizami Rayon Polis İdarəsinə məlumat verib. Zərərçəkən şəxs sonuncu dəfə ərinin qaşığı qaz sobasında qızdıraraq onun üzünə dağ basdığını, həmçinin siqaretlə onun ayaq nahiyələrini yandırdığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı E.Həsənov saxlanılıb. Onun barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (işgəncə vermə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaqçılar ailə münaqişəsinin baş vermə səbəblərini araşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.