Kriminal

Gəncə məhkəməsi erməni diversanta 665 manat bağışladı - YENİLƏNİB - VİDEO - FOTO

5 May 2015 15:04
1 Şərh     Baxış: 6 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:13

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesinə yekun vurulub. Prosesdə erməni kəşfiyyatçıya hökm oxunub.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən proses saat 11:15 radələrində start götürdü. Hakimlər Zabil Qasımov və Elmin Rüstəmovun da iştirakı ilə - eyni heyətlə davam etdirilən məhkəmə prosesində Arsen Baqdasaryanın cinayət işi üzrə hökm oxunub. Hökmdə qeyd olunub ki, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan 665 manat 44 qəpik təşkil edən məhkəmə xərclərini ödəməkdən azad olunub. Hakim Elbəy Allahverdiyev qanunvericiliyə uyğun olaraq erməni kəşfiyyatçının 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək hüququnun olduğunu da xatırladıb. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Qeyd edək ki, 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olan Arsen Baqdasaryana məhkəmədə Azərbaycan Respublikasının vətəndaşı kimi hökm oxunub. Xatırladaq ki, bundan əvvəl dövlət ittihamçısı Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Erməni kəşfiyyatçının vəkili Ramiz Abdullayev isə məhkəmədən müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi üzrə irəli sürülən ittihamın cinayət işindən çıxarılmasını xahiş etmişdi. Arsen Baqdasaryan son sözündə Ermənistan prezidenti Serj Sarkisyana müraciət edərək Azərbaycanla müharibə aparmağın yanlış olduğunu bildirmişdi. 

----------
11:53

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçıya hökm oxunub

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesinə yekun vurulub. Kəpəz TV-nin (Region TV) məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə Arsen Baqdasaryana hökm oxunub. Hökmə əsasən, erməni kəşfiyyatçı 15 il müddətinə azadlıqdan məhrum edilib.

---------
11:46

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb. Kəpəz TV-nin (Region TV) məlumatına görə, proses hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçir.

Qeyd edək ki, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

Milli.Az

----------
15:04

Videonu izləmək üçün şəklə klikləyin.

фото


фото


-----------
11:46

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.