Kriminal

Bakıda cinsi azlığı qarət edən şəxs: "Elə bildik, qızdır" - VİDEO - FOTO

5 May 2015 10:43
1 Şərh     Baxış: 3 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Otuzdurduq maşına, apardıq dağa. Döydük, telefonunu və pulunu aldıq"

Bakıda cinsi azlıq nümayəndəsinə qarşı soyğunçuluq törədilib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı Ağaverdiyev Elvin Akif oğlu dostu Lətifov Ramin Rafiq oğlu ilə birgə gecə saatlarında avtomobillə gəzərkən metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında cinsi azlıq nümayəndəsi Şahbazov Vüsal Həsənqulu oğlu ilə tanış olublar.

Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar. Orada isə onu döyərək mobil telefon və 443 manat pulunu ələ keçiriblər. Zərərçəkən V.Şahbazov hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə şikayət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Lətifov isti izlərlə saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilib.

Hadisənin digər iştirakçısı E.Ağaverdiyev isə Azərbaycan Respublikası ərazisini qatarla tərk etmək istəyərkən Qusar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Ağaverdiyev ifadəsi zamanı bildirib ki, zərərçəkən şəxslə tanış olan zaman onun cinsi azlıq nümayəndəsi olduğunu bilməyib:

"İçkili idik, dostumla gəlirdik. Elə bildik, qızdır. Otuzdurduq maşına, apardıq dağa. Orada bildik ki, oğlandır. Döydük, telefonunu və pulunu aldıq".

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото

Video: Region TV
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.