Kriminal

Bakıda qızın burnunu küçənin ortasında yumruqla qırdılar, atasının reaksiyası mat qoydu

4 May 2015 12:58
12 Şərh     Baxış: 11 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda gənc qıza qarşı daha bir vəhşilik olub. Sabunçu rayonu ərazisində gənc oğlan mübahisə etdiyi qızın burnunu yumruq zərbəsi ilə qırıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə Sabunçu dəmiryol vağzalının yaxınlığında baş verib. Gənc bir qızla küçədə mübahisə edən oğlan ona qəfildən yumruq zərbəsi endirəndən sonra hadisə yerindən qaçıb.

Hadisə yerinə Sabunçu xətt polis şöbəsinin əməkdaşları gəliblər. Burnu qırılan və qan içində olan qız dərhal 3 saylı Sabunçu Rayon Xəstəxanasına aparılıb.

Polis əməkdaşları hadisəni törədən şəxsi müəyyənləşdirərək saxlayıblar. Məlum olub ki, bu, Orxan Qənimət oğlu Heydərov adlı paytaxt sakinidir. Polis şöbəsinə qızın valideynləri də gəliblər.

Saxlanılan O.Heydərov izahatı alınandan sonra sərbəst buraxılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

Qızla oğlanın əvvəlcədən bir-birini tanıması haqda məlumat yoxdur. Oğlanın gənc qıza yolda yaxınlaşdığı və sonradan aralarında mübahisə yarandığı deyilir.

Hadisənin gedişatı isə qəribə olub. Belə ki, qızlarının döyülməsinə etiraz edən valideynlər hadisəni törədən şəxsin cəzalandırılmasını istədikləri halda sonradan bu fikirlərindən daşınıblar.

Qızın atası İntiqam Rzayev hadisədən 3 gün sonra - mayın 2-də Daxili İşlər Nazirliyinin 102 xəttinə zəng edərək qızının Sabunçu dəmiryolu vağzalının yaxınlığında naməlum avtomobil tərəfindən vurulduğunu və burnunun qırıldığını deyib.

Qızını küçənin ortasında döyən şəxsin cəzalandırılmasını istəyən atanın sonradan fikrini dəyişməsi faktı araşdıran polis əməkdaşlarını da çaşdırıb. Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.