Kriminal

Dələduzluqda təqsirləndirilən "hüquq müdafiəçisi" saxlanıldı - VİDEO - FOTO

27 Aprel 2015 15:58
1 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dələduzluqda təqsirləndirilən və özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib

Şirvan Şəhər-Rayon Polis Şöbəsinin müstəntiqi Anar Bayramovun APA-ya verdiyi məlumata görə, Şirvan şəhərində fəaliyyət göstərən "Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi" İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri təqsirləndirilir. Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilir.

İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədi.

A.İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində fəaliyyət göstərən "Sərvət" Şadlıq sarayının sahibi Qasımov İbrahim Əli oğlundan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib. Ə.Məmmədov isə bununla razılaşmayıb.

Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakini Həşimov Seymur Çingiz oğlundan 1200 (min iki yüz) manat, Bakı şəhəri, Suraxanı rayon sakini Dəmirova Nazilə İskəndər qızından, onun övladları Simrand İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu aldatma yolu ilə alıb.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.

фото


Video: Region TV
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.