Kriminal

Bakıda mağazaları qarət edən qrup zərərsizləşdirildi

25 Aprel 2015 16:38
0 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayı ərzində Susanna Şərifovaya məxsus mağazadan içərisində pul olan "E-manat" ödəmə terminalını, Lökbatan qəsəbəsinin ərazisində quraşdırılmış "Milli Ön" ödəmə terminalından pul, Füzuli Sadıqova məxsus mağazadan tütün məmulatı və sərinləşdirici içki, habelə oradakı 2 ədəd "E-manat" ödəmə terminalından pul, Araz Məmmədova məxsus mağazadan pul, tütün məmulatı oğurlamış Qızıldaş qəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev Aqil Qasımov tutulublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.