Kriminal

Güllələnən polis qızı ilə bağlı ŞOK İDDİA: "Onu atası əvvəlcə döydü, sonra öldürdü"

25 Aprel 2015 14:22
6 Şərh     Baxış: 8 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yevlax şəhər polisində əməliyyatçı, polis mayoru olan Əzimov Kərim 19 yaşlı qızı Əzimova Nurayı öncə döyüb, sonra isə güllələyərək öldürüb.

Bu barədə xəbəri ölkə.az-a ölən qızın nənəsi Qəhrəmanova Tərdəstə verib.

Qəhrəmanova Tərdəstənin sözlərinə görə, 19 yaşlı Nuray Səlimovanı dünən axşam saatlarında atası öldürüb. Ancaq atası polis olduğu üçün elə qələmə verirlər ki, guya qız özünü öldürüb.
 

Yevlax polisindən isə bildirirlər ki, Nuray Əzimova intihar edib.

Əldə etdiyimiz məlumata görə, Nuray Əzimova yüngül həyat tərzi keçirirmiş. Atasının onu öldürməsinə səbəb də o olub.
 

Qəhrəmanova Tərdəstənin verdiyi xəbərə görə, Nuray Əzimovanın meyiti hal-hazırda Tərtər rayon Qaradağlı kəndindədir. O, yuyulduqdan sonra torpağa tapşırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.