Kriminal

Bakıda homoseksualla cinsi əlaqədə olub, sonra döydülər

25 Aprel 2015 10:52
2 Şərh     Baxış: 4 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 2 oğlan homoseksualla cinsi əlaqədə olub, sonra onu döydülər

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə Buzovna qəsəbəsində baş verib.

Maştağa sakini, 1972-ci il təvəllüdlü Vasif Şükürov (ad, soyad şərtidir) iki oğlanla tanış olub. Sonra onlar V.Şükürovun qohumunun Buzovna qəsəbəsində yerləşən evinə gediblər.

Evdə V.Şükürov öz istəyi ilə həmin adamlarla qeyri-təbii yolla cinsi əlaqədə olub. Naməlum şəxslər sonda V.Şükürovu döyüb, onun noutbukunu, planşetini və 2 mobil telefonunu götürüb gediblər.

Xəzər RPİ-dən "Qafqazinfo"ya bildirilib ki, hadisəni törədən şəxslərin kimliyi müəyyən olunub. Onların saxlanılması üçün əməliyyat tədbirləri keçirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.