Kriminal

Bakıda insanların əsəbləri ilə oynayanları siz də tanıyın! - FOTO

24 Aprel 2015 17:56
11 Şərh     Baxış: 10 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 sürücü inzibati qaydada həbs olunub, onların arasında xarici ölkə vətəndaşı da var

"Bu ilin aprel ayında Bakı şəhəri ərazisində avtoxuliqanlıq, sərxoş və sənədsiz avtomobil idarə etdiyi üçün saxlanılan şəxslərdən 18-i inzibati qaydada həbs olunub".

Bu barədə report-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.

Həmin şəxslərdən 12-si avtomobili sərxoş vəziyyətdə və sənədsiz, 6-sı isə avtoxuliqanlıq etdiyi üçün saxlanılılan sürücüllərdir. Saxlanılan şəxslərə məhkəmə qərarları ilə 5 sutkadan 30 sutkayadək inzibati həbs cəzası verilib.

Saxlanılan sürücülər arasında Gürcüstan Respublikasının vətəndaşı da var. Sərxoş vəziyyətdə "VAZ 2106" markalı avtomobil idarə edərkən qəza törədən 1989-cu il təvəllüdlü Abduyev Vidadi Eyvaz oğlu Xəzər Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Həbs olunanlar arasında Xəzər rayonunda yaşayan 26 yaşlı Həmidov Ramil Ramiz oğlu da var. R.Həmidov "VAZ 2107" markalı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri edib. Saxlanılandan sonra onun sürücülük vəsiqəsinin olmadığı da məlum olub. Məhkəmənin qərarı ilə R.Həmidov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

"VAZ 2107" markalı avtomobillə Bakı küçələrində avtoxuliqanlıq edən digər sürücü isə Səbail rayonu ərazisində saxlanılıb. Bu şəxs 1990-cı il təəvəllüdlü İmanov Baba Adil oğludur. Bu sürücünü BŞDYPİ-nin 4 yol patrul xidməti avtomobili səfərbər ediləndən sonra saxlamaq mümkün olub. Səbail Rayon Məhkəməsinin qərarı ilə B.İmanov 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Saxlanılan avtoxuliqanlar arasında 32 yaşlı sürücü də var. Üç uşaq atası olan İslamov Şirxan Əbdülhüseyn oğlu Hövsan qəsəbəsində yol polislərinə tabesizlik göstərib. Bu səbəbdən də o, saxlanılandan sonra 30 gün müddətinə inzibati qaydada həbs olunub.

BŞDYPİ-nin şöbə rəisi V.Əsədov yol hərəkəti qaydalarını pozduqları üçün inzibati qaydada həbs olunan bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsədin onların ictimai qınağa cəlb edilməsi olduğunu vurğulayıb: "Bu kimi profilaktik tədbirlər Bakı şəhəri ərazisində bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Ümid edirik ki, bu şəxslər və onlar kimi qayda pozan digər sürücülər bu əməllərini növbəti dəfə təkrar etməyəcəklər".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.