Kriminal

Polis yoldaşını öldürərək yandıran şəxs budur - YENİLƏNİB - FOTO

20 Aprel 2015 17:31
4 Şərh     Baxış: 10 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:31

Bakıda amansızlıqla öldürülən polis haqda iş yoldaşları danışıblar. İmişli Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, mərhum Muxtar Kazımzadə sahə müvəkkiliyində polis nəfəri idi.

Muxtarın elə onun qatili olan, post-patrul xidmətində sürücü işləyən Ravil İbayevlə çox yaxın münasibəti olub. Bir partada oturublar, bir yerdə çörək kəsiblər, sonda isə Ravil "südü xarab" çıxıb.
 

M.Kazımzadə bir neçə gün əvvəl "Mercedes" markalı maşnını sataraq yenisini almaq istəyib. Bakıda maşını satıb, valideynləri də ona müəyyən məbləğ göndərərək Bakıdan rayona maşınsız qayıtmamağı tapşırıblar. Amma Ravil onların arzusunu gözündə qoyub.

---------
16:44

Ravil İbayev dindirilərkən törətdiyi cinayəti tam etiraf edib

Bakıda polis yoldaşını öldürərək yandıran şəxsin fotosu yayımlanıb.

Milli.Az report-a istinadən tutulana qədər İmişli Rayon Polis Şöbəsində (RPŞ) sürücü işləyən İbayev Ravil Nuruş oğlunun fotosunu təqdim edir.

Qeyd edək ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin RPŞ-nin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində (RPŞ) sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.