Kriminal

Bakıda kirayədə yaşayan qadını öldürdülər

18 Aprel 2015 13:04
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qətl hadisəsi baş verib

Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun APA-ya verdiyi məlumata görə, bu gün rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi ev 12 ünvanında kirayədə yaşayan Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Çiçək Mikayıl qızı Alıyevanın meyidi aşkar edilib.

Meyidə ilkin baxış zamanı Ç.Alıyevanın qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.