Kriminal

Bakıda hərbçi adam güllələdi - YENİLƏNİB

1 Aprel 2015 09:48
0 Şərh     Baxış: 3 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:48

Bakının Pirallahı rayonunda ötən gecə törədilən qətlin maraqlı təfərrüatı məlum olub. Xəzər Rayon Prokurorluğundan Milli.Az-ın aldığı məlumata görə, Xaşaxuna bağları adlanan ərazidə Zəfər Şahverdiyev güllələnib. Onun hərbçi tərəfindən güllələndiyi məlum olub. Hazırda həmin şəxsin adı açıqlanmır. İşi Hərbi Prokurorluq araşdırır.

----------
09:36

Bakının Pirallahı qəsəbəsində ölümlə nəticələnən güllələnmə hadisəsi bş verib. Qəsəbənin "Xasaxuna bağları" adlanan ərazisində yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu güllələnib. Qarın nahiyəsindən ağır yaralanan Zəfər Şahverdiyev qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan zaman yolda keçinib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisədən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə cəlb olunan polis əməkdaşları araşdırmalara başlayıblar. Hələlik qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Hadisə ilə bağlı Pirallahı polis şöbəsində başlanan araşdırmalardan sonra isə qətlin təfərrüatlarına aydınlıq gətriləcək.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.