Kriminal

Bakıdakı falçının qatili qandallandı

31 Mart 2015 19:42
0 Şərh     Baxış: 3 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda 17 gün öncə baş verən qətl hadisəsinin üstü açılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb. Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.