Kriminal

Bakıda cinsi əlaqə təklif edən bu qadını daha kim tanıyır? - VİDEO

31 Mart 2015 14:33
10 Şərh     Baxış: 27 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda quldurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə saxlanılıb

Metro stansiyalarında tanış olduğu kişiləri evə gətirən qadının sevgilisi və dostu,  görüşdürdüyü kişiləri döyərək qarət edib.

Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı 25 yaşlı  Əfsanə Hüseynova, onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı, 26 yaşlı Məmmədəli Hacıyev və Rusiya Federasiyası vətəndaşı 31 yaşlı Gülhüseyn Sadıqov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, Əfsanə Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar Məmmədəli Hacıyevin hücumuna məruz qalıb. Məmmədəli Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb.

İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan Gülhüseyn Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub.

Hələlik saxlanılan şəxslərin bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib. Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.

Faktla əlaqədar Xəzər RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. 

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Uyğun link:

Olimpiya çempionumuzun adını ləkələdi - FOTO



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.