Kriminal

Xalq artistinin qohumunu və daha bir nəfəri öldürən tutuldu

31 Mart 2015 10:00
0 Şərh     Baxış: 3 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağsuda 2 nəfəri odlu silahla qətlə yetirmiş keçmiş məhkum tutulub.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, martın 28-də Ağsu rayonunda 2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov martın 30-da axşam saatlarında rayon polis şöbəsinə gələrək könüllü olaraq təslim olub. O, iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, 2015-ci il martın 28-də saat 12 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov "Ağsu aşırımı"nda yerləşən "Ata yurdu" kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus "Renault" markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Milli.Az

Uyğun linklər: 

Mikayıl Mirzənin qardaşı oğlunu öldürən şəxs yenə adam öldürdü, qaçdı - VİDEO

Xalq artistinin qardaşı oğlu və daha bir nəfərin ölümü illə bağlı RƏSMİ AÇIQLAMA
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.