Kriminal

Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

31 Mart 2015 09:27
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 1 ünvanında qeydə alınıb. 30 yaşlı Sakit Valeh oğlu Kərimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Sakit Kərimov dərhal əməliyyat olunub. 1 saylı Şəhər Klinik Xəstəxanasının növbətçi cərrahı Səbuhi Sadıqov APA-ya açıqlamasında  yaralıda 3 bıçaq xəsarətinin olduğunu bildirib.
 
Hadisə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları araşdırmalara başlayıblar. Hadisə yerindən qaçan naməlum şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.