Kriminal

Prokurorun qızı intihar edib, yoxsa balkondan yıxılıb?

30 Mart 2015 17:10
0 Şərh     Baxış: 5 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Martın 29-da Gəncədə "Mahrasa bağı" adlanan ərazidə 13-cü mərtəbədən yerə düşərək ölən Fəridə Məmmədova haqda bəzi məlumatlar var.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 4 radələrində baş verib. Lakin həmin vaxt evdə olan ata, ana və 10 yaşlı bacısı yatıbmış. Onun yerdəki cəsədini isə səhər saat 7 radələrində binanın həyətindən keçən adamlar görüblər.

Fəridə martın 25-də sonuncu doğum gününü qeyd edib. Elə bayramdan öncə də soyuqlayıb. Bir neçə gün yüksək temperaturu olub. Hadisə baş verən gün də 18 yaşlı qız xəstə olub. İlkin ehtimal budur ki, yüksək temperaturu olan Fəridə gecə hava almaq üçün balkona çıxıb və huşunu itirib. Bundan sonra da balkondan yıxılıb.

Fəridə Məmmədova uzun müddət Türkiyədə İzmir şəhərində təhsil alıb. Türkiyədə Fətullah Gülənə bağlı olan məktəblər bağlanandan sonra təhsilini Gəncədə davam etdirib. İkinci ixtisas qrup üzrə hazırlaşırmış, arzusu İqtisad Universitetinə daxil olmaq olub.

Qeyd edək ki, Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.