Kriminal

Lənkəranda quldurluq

30 Mart 2015 14:09
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda quldurluq edən iki nəfər tutulub

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla "Chevrolet" markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov Famil Babazadə tutulublar.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.