Kriminal

Məktəbli qızın dəhşətli sevgi faciəsi - VİDEO

30 Mart 2015 12:14
5 Şərh     Baxış: 18 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ökəmizdə qadına qarşı "məişət zorakılığı" adlandırılan, əslində isə vəhşilik və mağara təfəkkürünün nişanəsi olan qanlı hadisələr nə bitmək bilir, nə də tükənir. Ailədə olan gərginlik və sevginin adi hisslər səviyyəsinədək cılızlaşdırılması yeniyetmə cinayətkarlığınadək çatıb.

Daşkəsən rayonunda yeniyetmə qız amansızlıqla öldürülüb. Orta məktəb şagirdi olan, Gəncə sakini, 17 yaşlı Gülnarə Mirzəyeva onu sevən 20 yaşlı Ruslan Behbudzadə tərəfindən öldürülüb. O, Gülnarəni martın 26-da aldadaraq Xoşbulaq kəndi ərazisində sakit bir yerə aparıb. Orada boğaraq öldürüb və sonra izi itirmək məqsədilə onu torpağa basdırıb. İtkin kimi axtarılan Gülnarənin qaranlıq taleyinə Ruslan ötən gün polisə gələrək təslim olandan sonra aydınlıq gəlib.

O, sevdiyi qızı qısqanaraq öldürdüyünü və torpağa basdırdığını etiraf edib. Bundan sonra əməliyyat qrupu Ruslanın göstərdiyi ünvana gedib və qızı basdırıldığı yerdən qazıb çıxarıblar. G.Mirzəyeva orta məktəb şagirdi olub. Onun Ruslanla hansı münasibətdə olması dəqiq məlum olmasa da, sevgili olduqları deyilir.

Anar Məmmədov
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.