Kriminal

Daşkəsəndə gənc qız qətlə yetirilib

30 Mart 2015 11:43
0 Şərh     Baxış: 2 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kəpəz TV (Region TV) xəbər verir ki, hələlik adı açıqlanmayan Gəncə sakini öz həmyerlisi, 18-20 yaşlı qızı qətlə yetirərək, Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində torpağa basdırıb. Sonra isə qətli törədən şəxs polisə hadisə ilə bağlı məlumat verib.

Daşkəsən rayon polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək cəsədi basdırıldığı yerdən çıxarıblar. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Hələlik qətli törədənin və mərhumun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama verilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.