Kriminal

Bir mənzili ikinci dəfə yardılar

29 Mart 2015 17:40
0 Şərh     Baxış: 1 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda mənzillərdən birindən oğurluq edilib. Evin boş olduğunu görən oğrular qızıl-zinət əşyalarını götürüb aradan çıxıblar.

Kanal S (Region TV) xəbər verir ki, oğurluq hadisəsi axşam saatlarında Şamaxıda Azadlıq küçəsi ev 17-də qeydə alınıb. Hadisə baş verən zaman ev sahibləri qonaq gediblər. Oradan qayıdanda isə gözlərinə inanmayıblar.

Naməlum şəxs və ya şəxslər şüşəni qırdıqdan sonra mənzilə daxil olub bütün əşyaları dağıdıblar. Ev sahibinin sözlərinə görə, evdən pul və qızıl əşyaları gütürülüb. Ən maraqlısı isə həmin mənzildə oxşar hadisənin bundan əvvəl də baş verməsidir. Hadisə ilə əlaqədar Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları oğurluq baş verən mənzildə olublar. Əl izləri götürülüb, hadisəni törədənlərin tapılması yönündə operativ işlər aparılır.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.