Kriminal

Rusiyada öldürülən azərbaycanlı sürücünün qatili qaynı imiş

29 Mart 2015 17:27
0 Şərh     Baxış: 2 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Tver şəhərində öldürülən Azərbaycan vətəndaşının kimliyi və hadisənin təfərrüatı məlum olub

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Tver vilayəti üzrə nümayəndəsi Sərdar Abdullayev APA-ya açıqlamasında bildirib ki, öldürülən əslən Azərbaycanın Balakən rayonundan olan, 29 yaşlı Əliyev Elgün Aşur oğludur.

Onu qətlə yetirən isə qaynı, 40 yaşlı Məmmədov Elçin Əsgər oğludur. Hadisə ailə münaqişəsi zəminində olub. E.Məmmədov yeznəsini bacısını davamlı incitdiyi üçün öldürdüyünü bildirib. E.Məmmədov milis tərəfindən saxlanılıb.

Elgün Əliyevin meyiti bu gün Azərbaycana gətirilib və doğulduğu Balakən rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Tverdə marşrut avtobusunun sürücüsü işləyən Elgün Əliyev martın 27-də axşam saatlarında bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.