Kriminal

Bakıda cavan qız sevgilisinin maşınını qaçırtdı

29 Mart 2015 15:58
0 Şərh     Baxış: 5 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda cavan qız sevgilisinin maşının qaçırıb. O, sevgilisindən benzin doldurmaq adı ilə maşının açarlarını alıb, sonra isə aradan çıxıb.

Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakı sakini Aynur Aşurova yaxın münasibətdə olduğu Anar Cəfərova məxsus "Mercedes" markalı avtomobili qaçırıb. O, maşınla şəhərdə gəzərkən Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.