Kriminal

Qadın öz oğlu ilə ərini öldürüb

29 Mart 2015 13:24
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmaz rayonunda baş vermiş dəhşətli qətllə bağlı birgə məlumat yayıblar. DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 2014-cü il oktyabr ayının 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis Şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Xaçmaz RPŞ-də Binnət Seyidov barəsində axtarış işi açılıb, müvafiq araşdırmalar aparılıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə B.Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb. Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq B.Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyatı üzrə məhkəmə-tibbi ekspertizasına verilib. Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, cinayətin törədilməsində istifadə edilmiş "TOZ-16" markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.