Kriminal

Bakıda ərlə arvad bir-birlərini al qana qərq etdilər

29 Mart 2015 13:12
6 Şərh     Baxış: 5 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəsarət alan hər iki şəxs xəstəxanaya aparılıb

Ötən gecə Bakının Suraxanı rayonunda ərlə arvad küçənin ortasında dalaşıblar. Hüquq mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə Zığ qəsəbəsində qeydə alınıb.

Belə ki, 24 yaşlı Z.Q. həyat yoldaşı 21 yaşlı F.D.-dən ayrılıb. Rəsmi boşanma olmasa da, cütlük arasında mübahisə yarandığından onlar bir müddət əvvəl ayrı yaşamağa başlayıblar.

Yeni ailə qurmuş cütlüyün azyaşlı oğlu isə anada qalıb. Lakin dünən gecə ata oğlunu aparmaq istəyib.

Gənc ana isə övladından ayrılmaq istəməyib. Oğlunun aparılmasına mane olmaq istəyərkən ərlə arvad arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib.

Dava zamanı 24 yaşlı kişi baş və qarın nahiyəsindən, 21 yaşlı qadın isə gözündən xəsarət alıb. Hər iki yaralı xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.