Kriminal

Sumqayıtda müəssisələrin pulunu mənimsəyənə hökm oxundu

6 Mart 2015 13:12
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Sumqayıt şəhər sakini Xanağa Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xanağa Məhərrəmov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xanağa Məhərrəmov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Sumqayıtda müxtəlif profilli ərzaq malları istehsal edən sexdə satış meneceri vəzifəsində çalışıb. Xanağa Məhərrəmov ayrı-ayrı müəssisələrə satış üçün təhvil məqsədilə ona etibar edilən 42 min manat pulu mənimsəyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.