Kriminal

Bakıda özünü ticarət mərkəzindən atmaq istəyən şəxs xilas edildi - YENİLƏNİB - FOTO

4 Mart 2015 21:39
5 Şərh     Baxış: 6 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
21:39

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istiadən xəbər verir ki, Bakının Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ticarət mərkəzinin damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırmaq mümkün olmadığından əlverişli şəraitdən istifadə edərək vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:45-də başa çatıb.

---------
14:57


Nizami rayon  24-cü polis bölməsindən Milli.Az-a verilən məlumata görə, "Lotos" ticarət mərkəzinin damına çıxan şəxs xilas edilib.

--------
13:32

Bu dəqiqələrdə bir kişi "Neftçilər" metro stansiyasının yaxınlığında intihara cəhd edir.

AzNews.az xəbər verir ki, intihara cəhd etmək istəyən şəxs Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzinin damına çıxıb. O, əlindəki kəsici alətlə özünə xəsarət yetirir.

Hadisə yerinə cəlb olunmuş polis heç kəsi yaxına buraxmır.

Həmin şəxsin qaçqın olduğu deyilir.

Hadisənin təfərrüatı barədə ətraflı məlumat veriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.