Kriminal

Bakıda 20 min manatlıq oğurluğun üstü açıldı

4 Mart 2015 11:30
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda başqasının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-də günorta saatlarında M.Əliyev küçəsində yaşayan Arzu Mirzəyevanın evindən açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək aşkar olunaraq götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.