Kriminal

Bakıda naməlum kişi meyidi tapılıb

2 Mart 2015 13:32
0 Şərh     Baxış: 3 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda naməlum kişi meyidi tapılıb.
 
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Sabunçu Rayonu Yeni Ramanı qəsəbəsində küçədə aşkarlanan 25-30 yaşlı kişi meyidinin üzərində zorakılıq əlamətləri görünmür. Şəxsin ürək tutmasından vəfat etdiyi bildirilir.
 
İdarədən meyidin fotosunu da APA-ya təqdim ediblər. Onun əynində qara şalvar, qəhvəyi rəngli gödəkçə olub.
 
Meyidi tanıyanlardan Sabunçu Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
 
Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.