Kriminal

Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının kimliyi bilindi - YENİLƏNİB

2 Mart 2015 16:31
0 Şərh     Baxış: 4 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya paytaxtında qətlə yetirilən Azərbaycan vətəndaşının kimliyi məlum olub.


16:31

Bu barədə APA-ya Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, ötən gün Moskvanın cənub-şərqində tikinti gedən ərazidə qətlə yetirilən Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü İsgəndərov Radik Həbib oğludur.


Azərbaycanın Gəncə şəhərində doğulan Radik İsgəndərovun Rusiyada yaşamaq üçün icazə sənədi olduğu bildirilib. Onun Moskva şəhəri Toxorevski bulvar 2/39 ünvanında müvəqqəti qeydiyyatda olduğu məlum olub.


Qətlin təfərrüatlarına gəldikdə, şahidlərin ifadələrinə görə, qatilin qafqazlı olduğu məlum olub. Radik İsgəndərov başından, kürəyindən və qasığından odlu silahla atəş açılaraq qətlə yetirilib.


Mərhumun tikinti gedən yerə nə üçün gəldiyi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


----------
10:57

Ötən gün Moskva şəhərinin cənub-şərqində tikinti gedən ərazidə Azərbaycan vətəndaşı qətlə yetirilib.

APA-nın "mskagency.ru" saytına istinadən xəbərinə görə, binadakı mənzildə boyama işləri ilə məşğul olan işçilər atəş səsi eşidiblər və polis çağırıblar.

Hadisə yerinə gələn polis əməkdaşları başından, kürəyindən və qasıq nahiyəsindən güllə yarası almış 44 yaşlı azərbaycanlının meyidini aşkar ediblər.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə idarəsinin mətbuat xidməti faktı təsdiqləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.