Kriminal

Bakı məktəbində biabırçılıq: əvvəl soydular, sonra...

28 Fevral 2015 10:42
0 Şərh     Baxış: 2 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonu ərazisində orta məktəb qarət olunub

Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə fevralın 26-da gecə saatlarında Buzovna qəsəbəsində qeydə alınıb.

Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbin pəncərəsini sındıraraq içəri giriblər. Məktəbdən 7 kompüter, televizor və digər əşyalar oğurlanıb.

Bundan başqa, oğrular məktəbin bir neçə pəncərəsini də sındıraraq maddi ziyan vurublar.

Ən qəribəsi odur ki, oğrular müəllimlər otağını da kirlədiblər. Otağın ortasında nəcis aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.